“İnter Mayami” Yunanıstanın “Olimpiakos” klubunda icarə əsasında çıxış edən Meksikanın “Puma” klubunun mərkəz müdafiəçisi Nikolas Freyre ilə müqavilə imzalamağa yaxındır.
Lent.az-ın xarici mediaya istinadən informasyasına görə, fevralda 30 yaşı tamam olacaq argentinalı futbolçu qışın əvvəlində "Olimpiakos"la müqaviləsini ləğv edib, "İnter Mayami"yə icarəyə əsasında gedəcək.
Əgər o, Amerika klubuna keçsə, Freyre Lionel Messi, Fakundo Farias, Franko Neqri, Tomas Aviles və Nikolas Stefanellidən sonra komandada altıncı argentinalı olacaq.
Bu mövsüm Freyre “Olimpiakos”un heyətində bütün turnirlərdə 9 oyunnda iştirak etsə də, qol vura bilməyib.