Çilili hücumçu Aleksis Sançes “İnter”lə müqavilə imzalayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu “neradzurri” ilə 30 iyun 2024-cü ilə qədər müqavilə imzalayıb. “Xoş gəldiniz, Aleksis”, deyə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Sançes 2019/2020 mövsümündə və 1 sentyabr 2020-ci ildən 10 avqust 2022-ci ilə kimi “İnter”də çıxış edib. O, “neradzurri”nin heyətində 109 oyuna çıxıb, 20 qol vurub və üç kubok qazanıb. Aleksis Sançes “İnter”ə qayıtdıqdan sonra geri sayım rəsmi olaraq bərpa olunacaq.
Çilili ötən mövsümü “Marsel”də başa vurub və burada bütün turnirlərdə 44 oyun keçirib. 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
Transfermarkt oyunçunun bazar dəyərini 4 milyon avro olaraq qiymətləndirir. Çilili hücumçu karyerası ərzində “Barselona”, “Arsenal”, “Mançester Yunayted” və “İnter”də çıxış edib.