İngiltərə  millisinin üzvü   “Bavariya”da oynayacaq
12 yanvar 2024 11:31 (UTC +04:00)

İngiltərə millisinin üzvü “Bavariya”da oynayacaq

İngiltərə millisinin futbolçusu Erik Dayer London “Tottenhem”indən “Bavariya”ya keçib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Almaniyanın hazırkı çempionunun rəsmi saytı məlumat yayıb.

Dayer, sonradan transferi satın almaq və bir mövsümlük tam hüquqlu müqavilə bağlamaq opsiyonu ilə mövsümün sonuna qədər "Bavariya"da icarə əsasında oynayacaq. 29 yaşlı müdafiəçi Münhendə 15 nömrəli forma geyinəcək.

Dayer 2014-cü ilin yayında Lissabonun "Sportinq” klubundan "Tottenhem"ə keçib və o vaxtdan londonluların heyətində 364 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə verib. Müdafiəçi İngiltərə millisində 49 oyun keçirib və 3 qol vurub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297
avatar

Oxşar yazılar