İngiltərə Avropa çempionatı tarixinin ən pis komandasıdır:  Sautqeytin rəhbərliyi altında 
24 iyun 2024 11:39 (UTC +04:00)

İngiltərə Avropa çempionatı tarixinin ən pis komandasıdır: Sautqeytin rəhbərliyi altında 

İngiltərə, baş məşqçi Qaret Sautqeytin rəhbərliyi altında, zərbələr statistikası başlayandan bəri Avropa çempionatında hər hansı bir milli komanda arasında ən pis zərbə rekorduna sahibdir.

Lent.az xarici mediaya istinadən bildirir ki, 53 yaşlı mütəxəssisin rəhbərliyi altına ingilislər hər oyuna orta hesabla cəmi 9 zərbə endirib. Konkret məşqçinin tabeliyində olan heç bir komandada belə aşağı göstərici olmayıb. Bu statistika 1980-ci ildən bəri aparılır.

Xatırladaq ki, İngiltərə yığması Avro-2024-ə Serbiya üzərində qələbə (1:0) ilə başlayıb. Qrup mərhələsinin 2-ci turunun oyununda ingilislər Danimarka ilə qarşılaşıb.

Oyun iyunun 20-də baş tutub və 1:1 hesabı ilə heç-heçə başa çatıb. İki turdan sonra İngiltərə dörd xalla C kvartetinin qrup mərhələsində liderdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1956
avatar

Oxşar yazılar