“Mançester Yunayted” icarə əsasında çıxış edən yarımmüdafiəçi Marsel Sabitzer və hücumçu Vout Veqorstun komandadan ayrıldığını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Bayern Münhen” avstriyalı yarımmüdafiəçini təxminən 15 milyon avroya satmağa ümid edir.
İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə Sabitzer 11 matçda iştirak edib, heç bir qol vurmayıb və bir məhsuldar ötürmə edib.
Veqorts 17 matçda bir qol vurmadan və bir məhsuldar ötürmə ilə çıxış edib. Ötən mövsümün ilk yarısında 30 yaşlı hollandiyalı icarə əsasında Türkiyənin “Beşiktaş” klubunda çıxış edib.
“Mançester Yunayted” 38 oyundan sonra 75 xalla Premyer Liqanı üçüncü pillədə başa vurub. Klubun hesabında 23 qələbə, 9 məğlubiyyət və 6 heç-heçə var.