İtaliyalı hündürlüyə tullanmaçı Sara Simeoninin 1980-ci il Moskva Olimpiadasında qızıl medalı oğurlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Simeoni qastronomik festivalda olduğu zaman onun evinə oğrular girib. Bundan başqa, digər mükafatlar da oğurlanıb.
“Mən heç olmasa bu medalı qaytarmaq istərdim. Heç qızıl da deyil, onunla nə edəcəklər? Mənim üçün bunun xüsusi mənası və dəyəri var, amma onlar üçün heç bir şey yoxdur”, - deyə Simeoni bildirib.
Simeoni həm də ikiqat Olimpiya gümüş mükafatçısıdır. Simeoni beş dəfə Avropa çempionatının qalibi olub. 29 il ərzində o, İtaliya rekorduna sahibdir. İdmançı 25 dəfə hündürlüyə tullanma və pentatlon üzrə ölkə çempionatının qalibi olub.