Ukraynalı balıqçılıq üzrə dünya çempionu Artur Bilan İtaliyada keçirilən yarışda çıxış etdikdən sonra milli komandadan yoxa çıxıb. O, komandanın kapitanına artıq iki çağırış aldığını, lakin “bu məsələni həll etmək imkanı olmadığını” deyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, balıq ovu üzrə 2021-ci il dünya çempionu Artur Bilan İtaliyada keçirilən dünya çempionatında mübarizə apardıqdan sonra Ukrayna millisindən qaçıb. Bu barədə milli komandanın kapitanı Daniil Lyasov Facebook-da paylaşım edib.
Lyasov qərarını açıqladığı Bilanla yazışmalarının ekran qeydlərini dərc edib. Bilan iki çağırış aldığını, lakin “bu məsələni həll etmək imkanı olmadığını” yazıb. Onun sözlərinə görə, arvadı daimi stressdə yaşamaq istəmir, onların bağçaya və məktəbə getməli və partlayış səsləri eşitməməli kiçik bir uşağı var.