Keçmiş isveçli futbolçu “Milan” futbol klubunun “RedBird Capital Partners” şirkətinin idman, media və əyləncə investisiya portfelinin idarəedici partnyoru təyin edilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 42 yaşlı isveçli həm də “Milan” rəhbərliyinin baş məsləhətçisi vəzifəsini icra edəcək.
Şirkətdən bildiriblər ki, o, “sahibkarlar və rəhbərliklə sıx koordinasiyada işləyəcək, idman və biznes əməliyyatlarında fəal iştirak edəcək”, diqqətini “oyunçuların inkişafı və yüksək performansa hazırlığına”, eləcə də yeni stadion kimi xüsusi layihələrə yönəldəcək.
Xatırladaq ki, İbrahimoviç futbolçu karyerasını ötən yay “Milan”da başa vurmuşdu.