"Milan"ın hücumçusu Zlatan İbrahimoviç karyerasını "Monza"da davam etdirəcək.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumçu klubun sahibi Silvio Berluskoni ilə yaxşı münasibətdə olduğu üçün bu komandaya keçməyə razılaşıb. Transfer ehtimalının 90 faiz olduğu qeyd edilir.
İbrahimoviçin 41 yaşı var. Futbolçu bu mövsümün çox hissəsini reanimasiyada keçirib. Onun aktivində 4 oyun və 1 qol var. Bundan əvvəlki mövsümdə “Milan”ın çempion olmasına kömək edib.
Əlavə edək ki, hücumçunun "Milan"la müqaviləsi iyunun 30-da başa çatır. Beləliklə, o, “Monza”ya azad agent kimi gedə bilər.