Həyat yoldaşından ayrılmaq Naraya  1 milyona başa gəldi
26 oktyabr 2022 02:34 (UTC +04:00)

Həyat yoldaşından ayrılmaq Naraya 1 milyona başa gəldi

0

“Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında problemlər bitmək bilmir.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, argentinalı forvard indi də klub rəhbərliyini məsələyə qatıb.

İkardinin PSJ-dən “Qalatasaray”a icarəyə verilməsinə vasitəçilik edən Nara keçid baş tutduqdan sonra ondan ayrılıb. Ancaq “cim-bom” bu transferə görə Vandaya 1 milyon avro menecerlik haqqı ödəməlidir.

İkardi rəhbərliklə görüşərək, artıq Naranın meneceri olmadığını bildirib və həmin pulu ona verməməsini istəyib. Yalnız bundan sonra “sarı-qırmızılılar” Vanda Naraya verdiyi çeki bloklayıb.

Qeyd edək i, Mauro İkardinin “Qalatasaray”la icarə müddəti mövsümün sonuna qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3253

Oxşar yazılar