Rusiya prezidenti Vladimir Putin hər gün iki-iki saat yarım idmanla məşğul olduğunu deyib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, bu barədə ictimaiyyət və hakimiyyət nümayəndələri ilə görüşü zamanı bildirib.
“Əlbəttə, mən hər gün ən azı iki saat, təxminən... idmanla məşğul oluram. Bir az da çox olur, çünki idman zalı, hovuz, bütün bunlar bir yerdədir, duş, iki saat yarım”, - prezident bildirib.
Putin idmanın bütün rusların həyatının bir hissəsinə çevrilməsinin vacibliyinə diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, hər bir insan idmana vaxt ayırmalıdır. O, idmanı cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biri adlandırıb.