Hamı bu hücumçunu almaq istəyir:  "Barselona", "Mançester Yunayted", "İnter"...
29 may 2023 13:23 (UTC +04:00)

Hamı bu hücumçunu almaq istəyir: "Barselona", "Mançester Yunayted", "İnter"...

“Milan” Mönhenqladbax “Borussiya”sının hücumçusu Markus Turamı transfer etmək istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, cari mövsümün sonunda Turam “Borussiya”nı sərbəst şəkildə tərk edəcək. 25 yaşlı fransalıya “Yuventus”, “Çelsi”, “Mançester Yunayted”, “Nyukasl”, "Liverpul", İnter","Barselona" və başqa bir neçə klub iddia edir.

25 yaşlı Markus Turam 2019-cu ildən “Borussiya Mönhenqladbax”da oynayır. Bu mövsüm fransalı hücumçu Almaniya Bundesliqasında 30 matçda 13 qol vurub, 6 məhsuldar ötürmə edib. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında futbolçu Fransa millisinin heyətində beş oyun keçirib və iki məhsuldar ötürmə ilə yadda qalıb.

# 5898
avatar

Oxşar yazılar