"Mançester Siti"nin ulduzu Erlinq Haaland Monakoda “Ferrari Monza SP2” avtomobilinin sükanı arxasına keçib. Holland, dostu ilə birlikdə dəbdəbəli bir avtomobil sürüb və təbii ki, bu, videoya çəkilməyə bilməzdi.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyada cəmi 500 belə avtomobil var, ona görə də onların çox baha olması təəccüblü deyil - bir “Ferrari” kabrioletinin qiyməti 1,8 milyon dollardır.
“Ferrari Monza SP2” avtomobili 0-dan 100 km/saata cəmi 2,9 saniyəyə sürətləndirən və 302 km/saat maksimal sürətə çatan 798 at gücünə malik mühərrikə malikdir.
Bu “Ferrari”nin Haaland-a məxsus olub-olmadığı bilinmir, lakin ildə təqribən 22 milyon avro qazanan norveçlinin belə bir məbləği ödəyə biləcəyi şübhə doğurmur.