Gündoğan Qvardiolanın onu “Barselona”ya necə yola saldığından DANIŞDI:  “Kədərli görünürdü”
18 iyul 2023 14:53 (UTC +04:00)

Gündoğan Qvardiolanın onu “Barselona”ya necə yola saldığından DANIŞDI: “Kədərli görünürdü”

İlkay Gündoğan nəhayət ki, "Barselona"ya keçib. Türk əsilli alman futbolçu yeni klubunda keçirilən təqdimatda Qvardiolanı “blauqrana”da çıxış edən futbolçular arasında öz kumiri adlandırıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İlkay “Mançester Siti”nin baş məşqçisinin onu yeni komandaya necə yola salmasından da danışıb:

“Mənim üçün vacib idi ki, Pep bu barədə ilk xəbərdar olsun. Mən ona minnətdarlığımı bildirdim. Kədərli görünürdü, amma mənə elə gəlirdi ki, o da xoşbəxtdir ki, mən onun uşaqlığının klubuna, sevdiyi kluba keçirəm.

Pep hələ də “Barselona” azarkeşidir, hər oyunu izləyir. Klub və şəhər haqqında nəsə bilmək lazım olanda məsləhət üçün ona müraciət edəcəm”.

Qvardiola və Gündoğan qonşu idilər, bir mərtəbədə yaşayırdılar. Pep almaniyalını özünün yaxın dostu adlandırdığı üçün futbolçu ilə ayrılmağın məşqçi üçün asan olmadığını başa düşmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488
avatar

Oxşar yazılar