Gündə bir-iki butulka  pivə içirəm   - Tayson Fyuri
13 may 2023 10:47 (UTC +04:00)

Gündə bir-iki butulka pivə içirəm - Tayson Fyuri

Tayson Fyuri növbəti dəfə rinqə nə vaxt çıxacağını bilmir. Üstəlik, ağır çəkidə WBC dünya çempionu məşqdən və döyüş hazırlığından tamamilə imtina etdiyini etiraf edib.
 
Lent.az xarici mediaya istinadən bildirir ki, britaniyalı boksçunun sözlərinə görə, indi o, yalnız istirahət edir və komandasından rəsmi məlumat gözləyir.
 
"Hazırda döyüş və sairə ilə bağlı zənglər məni xüsusilə maraqlandırmır. Tezliklə mənə rəqib tapsalar, sevinərəm. İndi hər gün bir neçə butulka pivə içirəm və günəş vannası qəbul edirəm.

Media çox şey yazır, amma bir kəlməyə də inanmıram. Əgər promouterlər həqiqətən nəsə etmək niyyətindədirlərsə, tələsmək lazımdır, çünki vaxt daralır”, - Fyuri deyib.

Xatırladaq ki, bir müddət əvvəl Tayson Fyurinin promouteri Fran Uorren ona rəqib tapa bilmədiyini etiraf etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Oxşar yazılar