Azərbaycan sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında uğurlu çıxışını davam etdirir.
Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, 74 kq çəkidə çıxış edən idmançı kolumbiyalı və şri-lankalı rəqibindən sonra 1/4 finalda Ermənistan təmsilçisini üstələyib.
Bu mərhələdə Hrayr Alıxanyanla qarşılaşan pəhləvanımız 4:2 hesablı qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Onun final yolundakı son rəqibi moldovalı Vasile Diakon olacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.