Azərbaycanın idman gimnastı Nikita Simonov dünya kuboku yarışlarının finalına yüksəlib.
Lent.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Misirin paytaxtı Qahirədə təşkil olunan turnirdə halqalar ilə hərəkətlərdə uğurla çıxış edərək mərhələ adlayıb.
Halqa ilə final yarışları aprelin 29-da keçiriləcək.
Qeyd edək ki, Qahirədə təşkil olunan turnir dünya kubokunun dördüncü mərhələ yarışıdır.