Murat Özbostan "Qalatasaray"ın gələn mövsüm PSJ-dən icarəyə götürdüyü Mauro İkardi ilə yola davam edəcəyini yazıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, İstanbul komandasının İkardi üçün möhtəşəm bir imza mərasimi planlaşdırdığını da qeyd edib.
"Qalatasaray"ın mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü və azarkeşlərin sevgilisinə çevrildiyi Mauro İkardi üçün yeni iddia ortaya atılıb.
İdman yazarı Murat Özbostan sarı-qırmızılı komandanın gələcək mövsümdə argentinalı ulduzla davam edəcəyini yazıb.
"Qalatasaray” azarkeşləri indi ən çox İkardinin qalıb-qalmayacağı ilə maraqlanır. Bu mövzuda çoxlu xəbərlər var. "Qalatasaray" rəhbərliyi bir aydır danışıqlar aparır. Bu istiqamətdə hər şey yaxşı gedir. Amma yavaş-yavaş irəliləyir! İllərdir “Qalatasaray” o mövqedə çox pul xərcləyib, boş yerə gedib... Açığı, İkardinin Fransadan sonra bu qədər uğurlu olacağını heç kim gözləmirdi.
“Qalatasaray” İkardini rənglərinə bağlayacaq və möhtəşəm imza mərasimi keçirəcək. Müqavilənin 2 illik olacağı gözlənilir. Bonuslarla bu rəqəm 5 milyon avrodan çox olacaq. İkardinin qalmaq istəməsi üstünlükdür. Sadəcə, PSJ-ni yola gətirmək məsələsi var”, - Ozbostan vurğulayıb.
"Qalatasaray"ın heyətində 24 oyuna çıxan Mauro İkardi 20 qol vurub, 8 məhsuldar ötürmə edib.