“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın Çempionlar Liqasında “Mançester Siti”yə ümumilikdə 1:5 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, baş məşqçi kral klubunda vəzifəsində qalacağını təsdiqləyib.
“Növbəti mövsüm “Real Madrid”də qalacağam və Çempionlar Liqası üçün mübarizə aparacağam. Gələcəyimlə bağlı heç bir şübhəm yoxdur. Prezident Florentino Peres 15 gün əvvəl mövqeyini açıqladı. Onunla bu məsələni müzakirə etdik və mən qalmaq istəyirəm. Bu məğlubiyyət gələn il daha güclü olmağımıza kömək edəcək”, - Ançelotti bildirib.