“Galatasaray” səfərdə “Trabzonspor”u məğlub edib.
Lent.az xəbər verir ki, oyunda hesab 13-cü dəqiqədə açılıb. Vilfred Zaha topu “Trabzonspor”un qapısından keçirməyi bacarıb. O, 61-cı dəqiqədə təkrarən rəqib komandanın qapısına yol tapa bilib. Növbəti qollar 64 və 80-ci dəqiqələrdə vurulub.
“Trabzonspor”un yeganə qolunu 79-cu dəqiqədə Eniş Dastan vurmağa nail olub.
“Galatasaray”ın sonuncu qolu 90+6-cı dəqiqədə qeydə alınıb və oyun 5-1 hesabı ilə başa çatıb.