II Liqada növbəti baş məşqçi istefası reallaşıb.
Lent.az xəbər verir ki, bu, "Füzuli"nin çalışdırıcısı Amit Quluzadə olub.
31 yaşlı mütəxəssis bu haqda "Facebook"dakı şəxsi səhifəsində məlumat verib.
Xatırladaq ki, Quluzadə bu yay "Füzuli"nin "sükanı arxası"na keçərək məşqçi kimi debüt edirdi. Komanda 11 oyundan sonra 20 xalla 6-cı yerdə gedir.