Futbolçunu oyun zamanı  ildırım vurub   öldürdü
12 dekabr 2023 19:19 (UTC +04:00)

Futbolçunu oyun zamanı ildırım vurub öldürdü

Braziliyalı 21 yaşlı futbolçu Kayo Enrike de Lima Qoncalveş oyun zamanı ildırım vuraraq dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadən bildirir ki, insident Santo- Antonio-da-Platinada (Parana ştatı) “União Japirense” və “Unidos” komandaları arasında keçirilən regional həvəskarlar kuboku oyunu zamanı baş verib.

Oyun zamanı yağış yağıb və meydançaya ildırım düşüb. Qonkalveş təcili yardım otağına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Daha 6 futbolçu bədənlərində müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərdən 5-i xəstəxanada müşahidə altındadır. Vəziyyəti daha ağır olan daha biri vilayət  xəstəxanasına çatdırılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3720
avatar

Oxşar yazılar