Rusiyanın bir sıra klublarının və millinin keçmiş yarımmüdafiəçisi, kafedə sərxoş halda əlbəyaxa davaya görə həbsxanada cəza çəkən Pavel Mamaev növbəti səs-küylü hadisə ilə gündəmə gəlib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, uçuşların birində olan sərnişinlər texniki nasazlıq səbəbindən ekipajın tələbi ilə təyyarəni tərk etməli olublar. Mamayev ona uşaq arabası gətirmələrini tələb edərək təyyarəni tərk etməkdən imtina edib. Eyni zamanda, idmançı nalayiq ifadələr işlədib, ucadan qışqırıb.
Hava limanında jurnalistlər şərh almaq üçün Pavelə yaxınlaşıb, lakin onu müşayiət edən həyat yoldaşı sual verənlərin telefonlarını sındırmaqla hədələyib.
Mamaev peşəkar karyerasını 2023-cü ildə başa vurub. O, Rusiya çempionu olmaqla yanaşı, üç dəfə ölkə kubokunun, iki dəfə Superkubokun qalibidir.