Keçmiş ispaniyalı futbolçu Santyaqo Otero faciəli hadisədən sonra hamamda ölü tapılıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, polis onun elektrik cərəyanı vurduğunu güman edir.
Keçmiş futbolçunun cəsədini həyat yoldaşı Madriddə gecə növbəsindən qayıdarkən evlərində mobil telefonunun yanında tapıb.
Polis hesab edir ki, telefonu şarj edərkən suya düşdükdən sonra onu elektrik cərəyanı vurub.
Yerli media Oteronun telefonunun tapıldığı yerdə döş qəfəsində yanıq olduğunu bildirib.
Otero “Ovyedo” və İspaniyanın daha az tanınan komandalarında çıxış edib. O, hücumçu mövqeyində oynayıb