Futbol klubundan 141 xal  silinə   bilər
13 dekabr 2023 18:49 (UTC +04:00)

Futbol klubundan 141 xal silinə bilər

Uels klubu “Pontipridd Yunayted” oyunçularla müqavilə qaydalarını pozduğuna görə 141 xal itirmə cəzasına məhkum edilib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, klub oyunçulara vəsaitin ödənilməməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, oyunçuların düzgün qeydiyyata alınmaması, qeydiyyatdan keçməyən oyunçulardan istifadə və digər maliyyə pozuntularında şübhəli bilinirdi. Uels Futbol Assosiasiyası (FAW) müstəqil araşdırma aparıb və klub 18 ittihamın hamısında təqsirli bilinib.

“141 xal silindi və klub dərhal 6 xaldan məhrum edildi. Qalan 135 xal, əgər “Pontpridd Yunayuted” 2024/25 mövsümünün sonuna qədər uyğun olmayan oyunçunu meydana çıxarsa, çıxılacaq”, - FAW-ın açıqlamasında deyilir.

Xalları silindikdən sonra “Pontpridd Yunayuted” Uels çempionatında sonuncu, 12-ci yerə düşüb. İndi keçirdiyi 18 oyundan sonra klubun cəmi 7 xalı var.

Eyni zamanda, komanda Uels çempionatında keçirdiyi son 7 oyunun 6-da məğlub olub.

Hələ istintaq başlamamışdan əvvəl “Pontpridd Yunayuted” Uels Kubokundan qovulub. Kluba 2025-ci ilin yanvar ayına qədər yeni oyunçuların qeydiyyatı da qadağan edilib.

Bu, yalnız “Pontpridd Yunayuted”i Uels Premyer Liqasında ikinci mövsümüdür. 2015/16 mövsümündə klub dördüncü diviziondan Uels futbolunun elitasına yüksəlməyə başlayıb. Elitada debüt mövsümünü klub səkkizinci yerdə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4082

Oxşar yazılar

“Barselona”dan darmadağın

“Barselona”dan darmadağın

2 mart 2025 , 21:37
“Qalatasaray” vacib iki xal itirdi

“Qalatasaray” vacib iki xal itirdi

2 mart 2025 , 19:07
Fərhad Kasimov, Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti

Bu federasiyanın vitse-prezidenti dünyasını dəyişdi

2 mart 2025 , 12:28
Futbolda dəyişiklik  - Qapıçı topu 8 saniyədən çox saxlasa...

Futbolda dəyişiklik - Qapıçı topu 8 saniyədən çox saxlasa...

1 mart 2025 , 20:31
Almaniyada uşaq oyundan əvvəl hakimin cinsi orqanını  dişlədi

Almaniyada uşaq oyundan əvvəl hakimin cinsi orqanını dişlədi

1 mart 2025 , 19:11
Məşqə gedən millinin oynçusu  oğurlandı

Məşqə gedən millinin oynçusu oğurlandı

1 mart 2025 , 16:17
“Əl-Nəsr” Ronaldoya görə  İranda oynamaq istəmir

“Əl-Nəsr” Ronaldoya görə İranda oynamaq istəmir

1 mart 2025 , 12:58
PSJ "Barselona"nın əsas oyunçusunu  100 milyona alır

PSJ "Barselona"nın əsas oyunçusunu 100 milyona alır

1 mart 2025 , 10:00