FİFA prezidentindən “Mançester Siti” ilə bağlı  gözlənilməz   AÇIQLAMA
24 yanvar 2024 19:24 (UTC +04:00)

FİFA prezidentindən “Mançester Siti” ilə bağlı gözlənilməz AÇIQLAMA

UEFA prezidenti Aleksander Çeferin deyib ki, o, “Mançester Siti”nin maliyyə feyr-pley qaydalarını pozmaqda günahkar olduğuna əmindir.

Lent.az xarici mediaya istinadən bildirir ki, 2020-ci ildə UEFA maliyyə feyr-pley qaydalarını pozduğuna görə "Mançester Siti"ni iki il müddətinə avrokuboklardan kənarlaşdırıb. Lakin İngiltərə klubu İdman Arbitraj Məhkəməsinə müraciət edib və məhkəmə ingilis klubunun apellyasiya şikayətini təmin edib - avrokuboklara diskvalifikasiya ləğv edilib.

“Biz haqlı olduğumuzu bilirik. Haqlı olduğumuzu düşünməsək, bu qərarı verməzdik. Mən 25 il məhkəmədə vəkil kimi çalışmışam və bilirəm ki, bəzən uduzacağınıza əmin olduğunuz bir işi udursunuz, bəzən isə hər şey əksinə olur”, –Çeferi vurğulayıb.

2023-cü ildə “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Pep Qvardiolanın yetirmələri finalda “İnter”ə 1:0 hesabı ilə qalib gəlib.

2023/24 mövsümündə Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” “Kopenhagen”lə qarşılaşacaq. İlk oyun fevralın 13-də Danimarkada keçiriləcək.
Реклама16+
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4551
avatar

Oxşar yazılar