Beynəlxalq Furbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 84 yaşlı Blatterin vəziyyəti ağır qiymətləndirilsə də, həyatı üçün təhlükə yoxdur.
Qızı Korinn Blatter Andenmattenin sözlərinə görə, FİFA-nın keçmiş rəhbərinin vəziyyəti gündən-günə yaxşılaşır və ona istirahət lazımdır. Xəstəxanaya yerləşdirilməsinin səbəbi isə açıqlanmır.
Blatter ötən ilin dekabr ayında koronavirusa yoluxmuşdu. Həkimə müraciətdən sonra xəstəxanaya yerləşdirilmişdi.
Blatter 1998-ci ildən 2015-ci ilədək FİFA-ya rəhbərlik edib.
İsveçrəli 2015-ci ilin iyun ayında bir korrupsiya qalmaqalı ilə əlaqədar olaraq vəzifəsindən istefa edib, eyni zamanda iki milyon İsveçrə frankının UEFA-nın o zamankı rəhbəri Mişel Platiniyə qanunsuz köçürülməsinə görə səkkiz il futboldan kənarlaşdırılıb. Daha sonra diskvalifikasiya müddəti altı ilə endirilib.