FİFA dünya çempionatını təxirə salır
09 oktyabr 2021 12:20 (UTC +04:00)

FİFA dünya çempionatını təxirə salır

Klublararası dünya çempionatı gələn ilə təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, FİFA belə addım atmağa məcbur olub.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərdir. Bu üzdən Yaponiya turniri keçirməkdən imtina edib. CAR da analoji addım atıb.

FİFA turniri keçirmək üçün ölkə tapmaqda çətinliklə üzləşib. Bu üzdən yarışın yanvar-fevralda təşkili gündəmə gəlib. Çempionatın bu dəfə də Qətərdə keçirilməsi istisna deyil.

Qeyd edək ki, klublararası DÇ-2020 bu ilin əvvəlində keçirilib.

# 2025
avatar

Oxşar yazılar