FHN-in çempion əməkdaşı ilə İdman-sağlamlıq klubunda görüş -  FOTO
30 avqust 2021 13:05 (UTC +04:00)

FHN-in çempion əməkdaşı ilə İdman-sağlamlıq klubunda görüş - FOTO

Avqustun 20-22-də Finlandiyanın Tempere şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı keçirilib.

Lent.az məlumat verir ki, turnirdə 45 ölkədən 1090-dan çox idmançı mübarizə aparıb. Yarışda iştirak etmiş FHN-in İdman-sağlamlıq klubunun karate komandasının idmançısı Nihad Kərimzadə +70 kq çəki dərəcəsində kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

İdmançının ilk məşqçisi əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Füzuli Musayev avqustun 27-də beynəlxalq turnirdə qalib gəlmiş idmançıyla görüşüb.

Qalib idmançını təbrik edən klub rəisi ona gələcək yarışlarda uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar