“Ferrari” yeddiqat dünya çempionu Lyuis Həmiltonu komandasına cəlb etmək cəhdlərindən vaz keçmir.
Lent.az bildirir ki, “Daily Mail”in məlumatına görə, “skuderiya” “Mercedes” pilotuna 40 milyon funt-sterlinq dəyərində böyük müqavilə təklif etməyə hazırlaşır.
Xatırladaq ki, Həmiltonun Almaniya yarış komandası ilə müqaviləsi 2023-cü ilin sonunda başa çatır. Əgər Lyuis “Ferrari” ilə müqavilə bağlaya bilsə, o zaman komanda Şarlya Lekleranı komandada saxlamağa çalışacaq.