Qış transfer dönəmində “Fənərbaxça” 5 futbolçusu ilə yolları ayırmağa hazırlaşır.
Lent.az xəbər verir ki, İstanbul klubunda baş məşqçi İsmail Kartal yola salınmasını istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.
Türk məşqçi Ryan Kent, Luan Perez, Miha Zayç, Coşua Kinq və Linkoln Enrikenin xidmətində maraqlı deyil. Sözügedən futbolçulardan Kent və Linkolnun icarəyə verilməsi, digər 3 futbolçunun isə satılması planlaşdırılır.