"Liverpul"da hücumçu kimi çıxış edən misirli futbolçu Məhəmməd Salah portuqaliyalı Kriştiano Ronaldo, argentinalı Lionel Messi və belçikalı Kevin De Bruyne ilə eyni komandada oynamaq istədiyini bildirib.
“Kiminlə eyni komandada olmaq istərdim? Messi və ya Ronaldo ilə mütləq. Əgər Premyer Liqadan birini seçsəm, De Bruyneni seçəcəyəm. O, sahəni yaxşı görür, əminəm ki, o, məni tapa bilər və hər yerdə və istənilən vaxt ötürmə verə bilər. O, əla oyunçudur, bütün “Mançester Siti” komandası əladır", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, misirli hücumçu deyib.
Bu mövsüm İngiltərə çempionatında Salah 13 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Misirli Avropa Liqasında da dörd oyun keçirib və iki qol vurub.