İngiltərə millisinin kapitanı Cordan Henderson 6 aydan sonra "Əl-İttifaq"la müqaviləsini ləğv edəcək.
Lent.az bildirir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, ingilis yaxın vaxtlarda “Ayaks”a keçəcək.
Xatırladaq ki, Henderson 12 il "Liverpul"da oynadıqdan sonra 2023-cü ilin yayında "Əl-İttifaq"la 3 illik müqavilə imzalayıb. Səudiyyə Ərəbistanında ildə təxminən 40 milyon avro alır, lakin istilər səbəbindən ölkəyə uyğunlaşa bilməyib və Avropaya qayıtmaq qərarına gəlib.
33 yaşlı yarımmüdafiəçi bu mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 17 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.