Türkiyə Super Liqasında 18-ci tura yekun vurulub.
Lent.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.
"Fənərbaxça" "Hatayspor"u qəbul edib. Görüşdə hesabı Yusuf En-Nesiri açıb. Lakin çox keçmədən qonaqlar Bilal Butobba ilə hesabı bərabərləşdirməyə nail olub.
Buna baxmayaraq, ilk hissəyə əlavə olunan dəqiqələrdə En-Nesiri dublunu rəsmiləşdirib. Bu, oyunda həlledici qol olub - 2:1.