Meksika millisinin keçmiş qapıçısı 93 yaşında vəfat edib.
“Beş dünya çempionatında oynayan ilk oyunçu olan Antonio Karbahalın vəfat etməsini böyük kədərlə öyrəndik. Mən onun ailəsinə və itkisinə görə kədərlənən bütün meksikalı azarkeşlərə səmimi başsağlığı verirəm”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, FİFA prezidenti Canni İnfantino bildirib.
Karbahal 1950-ci ildən 1966-cı ilə qədər beş dünya çempionatında iştirak edib. O, tarixdə beş dünya çempionatında meydana çıxan altı oyunçudan biridir.