Menni Pakyao
19 sentyabr 2021 23:54 (UTC +04:00)

Menni Pakyao

Əfsanəvi boksçu prezidentliyə namizəd oldu

42 yaşındakı Menni Pakyao - tarixdə səkkiz çəki dərəcəsində dünya çempionu olan yeganə boksçu - rəsmi olaraq Filippin prezidentliyinə namizəd olub.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Pakyao ötən ilin noyabr ayında hakim Filippin demokratik partiyası – Xalqın gücünün rəhbəri seçilib, indi isə dövlət başçısı postuna namizədliyi irəli sürülüb.

Filippində prezident seçkiləri 2022-ci il mayın 9-da keçiriləcək.

Ölkə konstitusiyasına görə, 76 yaşlı Rodriqo Duterte artıq prezidentliyə namizədliyini irəli sürə bilməyəcək. Avqust ayında Filippinin vitse-prezidentliyinə namizəd olmaq istədiyini bildirib.

Duterte dövlət başçısı vəzifəsinə isə hazırda Davao şəhərinin meri olan qızı Saranın namizədliyini təklif edib.
 
Xatırladaq ki, Pakyao avqustun 22-də Las-Veqasda hakimlərin yekdil qərarı ilə WBA-nın orta çəki dərəcəsində kubalı Yordenis Uqasa uduzub və bundan sonra boksdan imtina etmək qərarına gəlib.

Bu məğlubiyyətdən sonra Pakyao özü belə yeyə bilmirdi - həyat yoldaşı Cinka tərəfindən qaşıqla yedizdirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Oxşar yazılar