Daha əvvəl "Çelsi" və "Real"da çıxış etmiş 32 yaşlı belçikalı hücumçu Eden Hazard futbolçu karyerasını başa vurmağa yaxındır.
Lent.az bildirir ki, bu barədə “Marca” nəşri xəbər verir. Hələ 2018-ci ildə o, dünyanın ən yaxşı futbolçularından biri idi və “Qızıl top” üçün səsvermədə səkkizinci yeri tutmuşdu və beş ildən sonra karyerasını davam etdirmək üçün praktiki olaraq heç bir təklifi yoxdur.
Mənbənin məlumatına görə, Eden Hazardın keçidində yalnız Belçika çempionatının ikinci divizionunda çıxış edən “Vesterlo” klubu maraqlıdır.
Belçikalının agenti 2014/15 mövsümündə Premyer Liqasının ən yaxşı oyunçusunun xidmətini MLS komandalarına və Səudiyyə Ərəbistanına təklif etsə də, onunla heç bir klub maraqlanmır.