“Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını dərc edib. Komandalar idman bazarındakı infrastruktur, tərkib və kommersiya statusuna görə qiymətləndirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, birinci yeri ekspertlərin hesablamalarına görə 5 milyard 490 milyon avro olan “Real Madrid”, ikinci yeri isə “Mançester Yunayted” tutub. Klubdakı real böhrana baxmayaraq, onun dəyəri hələ də yüksəkdir və 5 milyard 427 milyon avro təşkil edir. İlk üçlüyü 4 milyard 984 milyon avro ilə “Barselona” tamamlayır.
Qeyd edək ki, ilk 10-luqda yer alan klubların əksəriyyəti Premyer Liqadandır, A Seriyasından isə heç bir komanda bu reytinqə daxil edilməyib.
“Forbes” jurnalına görə dünyanın ən bahalı 10 klubu:
1. “Real Madrid” - 5,5 milyard avro.
2. “Mançester Yunayted” – 5,4 milyard avro.
3. “Barselona” – 4,9 milyard avro.
4. “Liverpul” - 4,7 milyard avro.
5. “Mançester Siti” – 4,5 milyard avro.
6. “Bayern” - 4,3 milyard avro.
7. PSJ – 3,8 milyard avro.
8. “Çelsi” - 2,8 milyard avro.
9. “Tottenham” – 2,5 milyard avro.
10. “Arsenal” - 2,4 milyard avro.