Rusiyada boks üzrə dünya çempionları Şaraputdin Ataev və Müslüm Qadjimaqomedova Kaspiyskdə hər birinə bir qoç hədiyyə edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, idmançılar Kaspiyskdə keçirilən XXIII Rusiya damazlıq qoyun və keçilər sərgisini ziyarət ediblər. Təşkilatçılar boksçuları təbrik edib, onlara fəxri fərmanlar təqdim edib, damazlıq qoç hədiyyə ediblər.
Daşkənddə keçirilən boks üzrə dünya çempionatında Dağıstandan olan Şaraputdin Ataev 86 və Müslüm Hacımaqomedov 92 kiloqrama qədər çəki dərəcələrində qızıl medal qazanıblar.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin idmançıları qələbə münasibətilə təbrik edib.