Slovak tennisçi Andrey Martin dopinqə görə diskvalifikasiya olunub.
Lent.az bildirir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) saytında məlumat verilib.
Diskvalifikasiya 14 ay müddətində qüvvədə olacaq. İdmançı qadağan olunmuş ostarin maddəsindən istifadə edib. O, yarışda başqasının butulkasından bir qurtum su içməklə dopinqin orqanizmə daxil olduğunu deyib. İddiaya görə, Martin florbol turnirində şüşələri qarışdırıb və komanda yoldaşı ostarin əlavə edib.
Martin Tennis Peşəkarları Assosiasiyasının reytinqində 554-cü yerdədir. O, qurumun himayəsi altında bir dəfə də olsun turnirin qalibi olmayıb.