"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland keçmiş klubunun 200 azarkeşinin səfər xərclərini öz cibindən ödəyəcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ulduz forvard “Bryune” azarkeşlərinə öz köməyini təklif edib - "Start"la pley-off oyunu üçün Kristiansand səfərinin pulunu ödəmək. Azarkeşlər indi Haaland tərəfindən ödənilən 698 Norveç kronu (təxminən 60 avro) dəyərində pulsuz qatar biletləri alacaqlar ki, bu da ona ümumilikdə təxminən 12.000 avro ödəyəcək.
Haalandın azarkeşlərin qatara minmək istəmədiyi təqdirdə avtobus biletlərini ödəməyə hazır olduğu bildirilir.
"Bryune" Haalandın 2006-cı ildə akademiyasında böyük futbola yoluna başladığı və 2017-ci ildə "Molde"yə keçdiyi ilk klubdur.