İngiltərəni “Lids” klubunun keçmiş sahibi italiyalı Massimo Çellino səhvən komandanın baş məşqçisi Brayan Makdermotu necə işdən çıxarması hekayəsini paylaşıb.
“2014-cü ildə “Lids”i alanda ingilis dilim dəhşətli idi. Mən gələndə “Elland Roud”dakı ofisdə məxmər divan var idi. Bənövşəyi idi. Dedim: “Divanı dəyiş, daha onu görmək istəmirəm”, - Lent.az xarici KİV-ə istinadən bildirir ki, Çellino deyib.
Sonra da baş məşqçini qovublar.
Növbəti oyundan əvvəl odan soruşublar: “Sabah komandaya kim rəhbərlik edəcək?” Dedim ki, niyə bizim baş məşqçimiz yoxdur? Mənə cavab verdilər: “Onu işdən çıxardın”. Mən onu işdən çıxardım? #####”, – Britaniyanın “Daily Mail”nəşri Çellinodan sitat gətirir.