De Yonq "Barselona" rəhbərliyini necə aldadıb? - Sözünə inanmırlar
15 dekabr 2023 12:23 (UTC +04:00)

De Yonq "Barselona" rəhbərliyini necə aldadıb? - Sözünə inanmırlar

“Barselona”nın hollandiyalı yarımmüdafiəçisi Frenki de Yonqun “Antverpen”lə final oyunundan (2:3) əvvəl klubu aldatması ilə bağlı məlumatlar yayılıb. Maraqlısı odur ki, komanda rəhbərliyi bu məlumatlara inanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, futbolçunun agenti Əli Dursun həmin xəbərlərə münasibət bildirib:

“Saxta xəbərdir. Bu, uzun müddətdir ki, Frenkinin ətrafında gedən ən böyük axmaqlıqdır. Futbolçu sadəcə xəstədir. Onun qızdırma əlamətləri var, səyahət edə yaxud oynaya bilmir. Bu oğlan özü üçün peşəkardır. Sadəcə Frenkinin nüfuzuna toxunmayın, çünki o, həmişə işlərini bacarıqla görür. İddialara görə, telefonda heç bir qışqırıq səsi olmayıb, sual verilməyib. Deku ilə münasibətlər sadəcə olaraq yaxşı və sabitdir”.

Xatırladaq ki, daha əvvəl de Yonq xəstəliyi səbəbindən “Antverpen”lə oyun bilməyəcəyini deyib. Lakin “Barselona”nın idman direktoru Deko buna inanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5391
avatar

Oxşar yazılar