Dani Alveşin cəzası  yüngülləşdirilə   bilər: Vəkil ilk dəfə bildirdi ki…
18 yanvar 2024 19:46 (UTC +04:00)

Dani Alveşin cəzası yüngülləşdirilə bilər: Vəkil ilk dəfə bildirdi ki…

"Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşin qalmaqallı zorlama işi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, braziliyalının vəkili İnes Qvardiola ilk dəfə olaraq istintaqa futbolçunun cinayət törətdiyi gecə sərxoş olması və onun idrak qabiliyyətinə təsir etməsi versiyasını təqdim edib.

Məhkəmə onu təqsirli hesab edərsə, bu hal Alveşin cəzasını yüngülləşdirə bilər. Vəkil iddia edir ki, müdafiəçi onun əməllərindən xəbərsiz olub.

Alkoqol sərxoşluğu versiyası, futbolçu tərəfinin istintaqa təqdim etdiyi ardıcıl beşinci versiyadır. Həbs edildikdən sonra o, zərərçəkmişi tanımadığını iddia edib. Daha sonra gecə klubunun tualetində gənc qızla rastlaşdığını və aralarında heç bir şey olmadığını etiraf edib və nəhayət, hakim onun izahatlarını bioloji sübutlarla müqayisə etdikdə qızın özünün oral seksə razılıq verdiyini bildirib.

Ötən ilin aprelində qurbanın intim hadisə baş verən yerdə Alveşin sperma izlərini aşkar edən bioloji testlərin nəticələri artıq məlum olanda futbolçu yenidən ifadə verib.

Xatırladaq ki, Alveş 2022-ci ilin dekabrında Barselonadakı gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. O, 2023-cü ilin yanvar ayından həbsdədir. Bundan əvvəl KİV prokurorların braziliyalıya 9 il həbs cəzası tələb etdiyi barədə məlumat yayıb. Öz növbəsində zərərçəkənin vəkili Tokio Olimpiya çempionu üçün 12 il həbs istəyəcək - bu, İspaniyada zorlamaya görə maksimum cəzadır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4155
avatar

Oxşar yazılar