Cüdoçularımızdan dünya çempionatında 5 medal
24 oktyabr 2021 13:00 (UTC +04:00)

Cüdoçularımızdan dünya çempionatında 5 medal

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında komandamız daha 4 medal əldə edib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan cüdoçularından Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayan Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medala sahib olublar.

Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur. Bu gün başa çatacaq dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı qalib adı uğrunda yarışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162

Oxşar yazılar