Mahir Emreli
12 oktyabr 2021 13:53 (UTC +04:00)

Mahir Emreli

COVID-19-a yoluxan Mahir Emrelidən YENİ XƏBƏR

Mahir Emrelinin təkrar koronavirus testi neqativ çıxıb.

Lent.az xəbər verir ki, bu barədə məlumatı “Legiya”nın mətbuat xidmətinin rəhbəri İzabela Kruk yayıb.

Polşa klubunun rəsmisi sosial şəbəkədə etdiyi paylaşımda Azərbaycan millisinin düşərgəsində olan və koronavirusa yoluxduğu üçün Serbiya ilə bu gün keçiriləcək görüşü buraxacaq 24 yaşlı forvardın səhhətinin yaxşı olduğunu yazıb: “Mahir Emrelinin koronavirus testinin pozitiv çıxdığı açıqlandıqdan sonra tibbi heyətimizin tələbinə əsasən təkrar test götürüldü və nəticə neqativ oldu. Futbolçu peyvənd olunub, heç bir simptom yoxdur”.

Qeyd edək ki, Serbiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

***

Saat: 10:31

DÇ-2022-nin seçmə mərhələsində bu gün Azərbaycan millisi Serbiyanın qonağı olacaq.

AFFA-dan Lent.az-a verilən məlumata görə, yığmamızın heyətində itki baş verib.

Komandamızın əsas hücumçusu olan Mahir Emreli Serbiya ilə oyunda iştirak edə bilməyəcək. Buna səbəb, onun COVID-19-a yoluxmasıdır.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş saat 22.45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3447
avatar

Mehman Nəbiyev

Oxşar yazılar