2023/2024 Çempionlar Liqasının qrup mərhələsində ən çox qazanan komandaların adı açıqlanıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ən böyük pul mükafatını "Real" alıb - 79,8 milyon avro.
Onun arxasında 76,6 milyon qazanan Almaniyanın “Bavariya”sı gəlir. Bir az az, 76,4 milyonu isə İngiltərənin "Mançester Siti"si alıb. İlk beşlikdə İspaniyanın “Barselona”sı (71,5 milyon) və “Atletiko Madrid” (71 milyon) yer alıb.
Dekabrın 14-də Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. 1/8 finalda "Mançester Siti", "Leypsiq", "Atletiko", "Latsio", "Barselona", "Porto", "Borussiya", PSJ, "Bavariya", "Kopenhagen", "Arsenal", PSV, "Real", "Napoli", "Real Sosyedad" və "İnter" komandaları mübarizə aparacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.