Çempionlar Liqasında  belə şey olmamışdı
08 sentyabr 2022 11:00 (UTC +04:00)

Çempionlar Liqasında belə şey olmamışdı

0

Antuan Qrizmann Çempionlar Liqası tarixində ən gec qolun müəllifi olub.

Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu “Porto” ilə qarşılaşmanın startından 100 dəqiqə 18 saniyə sonra qol vurub. 

Bu qol madridlilərə 2:1 hesablı qələbə qazandırıb. Qrizmann “Atletiko”nun digər oyunçusu Luis Suaresin rekordunu arxada qoyub. Uruqvaylı ötən mövsüm “Milan”a 96 dəqiqə 21 saniyədən sonra qol vurmağı bacarıb.

Qeyd edək ki, “Atletiko” – “Porto” matçındakı bütün qollar ikinci hissəyə artırılan dəqiqələrdə vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2571

Oxşar yazılar