“Çelsi”nin ulduz futbolçuları Maqdalena Eriksson və Pernil Harder bu yay “Bavariya”ya keçəcək.
Lent.az-ın xarici mediaya istinadənməlumatına görə, Eriksson qarşıdan gələn qadınlar arasında dünya çempionatına hazırlaşmaqda mümkün çətinliklər səbəbindən “Bavariya” ilə müqavilə imzalamaq qərarına gəlib. O, həmçinin “Real Madrid” və Fransanın “Lion” klubları ilə fəal maraqlanır.
Eriksson 2017-ci ildən “Çelsi”də çıxış edir. Komanda ilə dörd İngiltərə liqasının titulunu və beş başqa kuboku qazanıb. London komandasına keçməzdən əvvəl müdafiəçi iki dəfə ölkə çempionu olduğu vətəni İsveçdə oynayıb.
Pernil Harder artıq “Volfsburq”un heyətində Almaniya çempionatında çıxış edib. Danimarkalı hücumçu 2020-ci ildən “Çelsi”də çıxış edir.