Frenk Lempard “Çelsi”yə müvəqqəti baş məşqçi təyin edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə idman jurnalisti Fabrizio Romanov Tvitter hesabında yazıb. Onun sözlərinə görə, “mavilər”in keçmiş baş məşqçisi ilə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Lempard qısamüddətli müqaviləyə razılıq verib. Eyni zamanda klub uzunmüddətli layihə üçün yeni məşqçi axtarışı prosesini davam etdirəcək.
44 yaşlı ingilis 2019-2021-ci illərdə “Çelsi”ni çalışdırıb, bundan sonra bir ili “Everton”da keçirib. Mütəxəssis yanvar ayından heç bir klubda fəaliyyət göstərmir.
Qeyd edək ki, aprelin 2-də “Çelsi” baş məşqçi Potterin baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. İngilis mütəxəssis komandaya 2019-cu ilin fevralından rəhbərlik edib.